Modern.az

Azərbaycanla ABŞ və Türkiyənin dəniz qüvvələri arasında əməkdaşlıq müzakirə olundu

Azərbaycanla ABŞ və Türkiyənin dəniz qüvvələri arasında əməkdaşlıq müzakirə olundu

Aktual

21 Sentyabr 2023, 13:32

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyuport şəhərində 90 ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanları ilə yanaşı, müxtəlif mühüm dəniz təşkilatlarının nümayəndələrinin də iştirakı ilə keçirilən 25-ci Beynəlxalq Dəniz Gücü Simpoziumu davam edir.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən xəbərə görə, simpozium çərçivəsində Azərbaycan HDQ komandanı vitse-admiral Sübhan Bəkirov Türkiyə Respublikasının HDQ komandanı donanma admiralı Ercüment Tatlıoğlu və Amerika Birləşmiş Ştatlarının HDQ komandanı admiral Liza Franketti ilə görüşüb.

 

Görüşlərdə Azərbaycan-Türkiyə və Azərbaycan-ABŞ HDQ arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı