Modern.az

Naxçıvana gedən avtobus reyslərinin sayı ARTIRILDI

Naxçıvana gedən avtobus reyslərinin sayı ARTIRILDI

Aktual

22 Sentyabr 2023, 11:52

“Bakı-Naxçıvan-Bakı” müntəzəm avtobus marşrutu üzrə hazırda Azərbaycan və İran daşıyıcıları tərəfindən gündə 3 reys həyata keçirilir.

 

Bu barədə Modern.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, reyslərin sayının artırılaraq gündəlik hər iki tərəfdən 6-ya çatdırılması ilə bağlı Azərbaycan-İran Birgə Komissiyasının Bakıda keçirilən növbəti iclasında razılıq əldə edilib.

 

İkitərəfli görüşdə, həmçinin Azərbaycanla İran arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük daşımaları,“İcazə” blanklarının kontingenti, avtodaşıyıcıların qarşılaşdıqları problemlər, onların həlli yolları müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

 

Komissiyanın iclasında hər iki ölkənin nəqliyyat vasitələrinə tətbiq olunan vergi və rüsumların miqdarı, daşımaların inkişaf perspektivləri də nəzərdən keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı