Modern.az

İstanbuldan Bakıya gizli yolla qızıl keçirilməsinin qarşısı alındı

İstanbuldan Bakıya gizli yolla qızıl keçirilməsinin qarşısı alındı

Aktual

23 Sentyabr 2023, 11:32

İstanbul-Bakı aviareysi ilə gələn iki nəfər vətəndaşdan Dövlət Gömrük Komitəsinin (DGK) Heydər Əliyev Beynəlxalq Aeroportunda xidmət aparan əməkdaşının köməyi ilə gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirdikləri 493 qram qızıl-zinət əşyaları aşkar olunub.

 

Modern.az DGK-yə istinadən xəbər verir, bu, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən hava limanında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub.

 

Məlumata görə, hazırda faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı