Modern.az

XİN-də işləmək istəyənlər imtahan verdilər

XİN-də işləmək istəyənlər imtahan verdilər

Aktual

23 Sentyabr 2023, 13:50

Dövlət İmtahan Mərkəzi bu gün Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün xarici dil biliyinin “dinləyib-anlama” və “oxuyub-anlama” bacarığı üzrə, həmçinin xarici dil və Azərbaycan dillərində analitik yazı bacarıqlarının yoxlanılması hissəsi keçirib.

 

Modern.az xəbər verir ki, imtahan Bakı şəhərində 2 binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 3 imtahan rəhbəri, 14 nəzarətçi‑müəllim ayrılıb.

 

İmtahan nəticələrinin danışıq bloku üzrə imtahanın nəticələri bir yerdə yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

 

Xatırladaq ki, namizədlərin danışıq bloku üzrə imtahanı sentyabrın 24-də keçiriləcək.

 

İmtahan iştirakçıları aşağıdakı link vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi bina, zal, başlanma vaxtı və iştirakçının imtahan binasına gəlmə vaxtı qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı