Modern.az

Cənubi Afrika Respublikası Azərbaycanda konsulluq açacaq

Cənubi Afrika Respublikası Azərbaycanda konsulluq açacaq

Aktual

23 Sentyabr 2023, 16:48

“Cənubu Afrika Respublikası (CAR) tezliklə Azərbaycanda konsulluq açmağı planlaşdırır”.

 

Modern.az xəbər verir ki, bunu CAR-ın Türkiyədəki səfiri, eyni zamanda Azərbaycanda da akkreditə olunan səfir Dipuo Berta Letsatsi-Dubau “Report”un Ankara bürosuna müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, ölkəsi ilə Azərbaycan arasında münasibətlər günü-gündən inkişaf edir.

 

Xanım səfir CAR-ın Bakıda fəaliyyətə başlayacaq konsulluq fəaliyyətinin Azərbaycanla ölkəsi arasında əlaqələrin daha da genişlənəcəyinə inandığını deyib.

 

Bakıda keçirilən son Qoşulmama Hərəkatı toplantısında iştirak etdiyini diqqətə çatdıran Dipuo Berta Letsatsi-Dubau tədbirin yüksək səviyyədə keçirilməsindən razılığını ifadə edib: “Bakı ev sahibi olaraq öz işinin öhdəsindən çox yaxşı gələ bildi və tədbir çox yüksək səviyyədə təşkil olunmuşdu”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı