Modern.az

Karyerasını bitirən idmançılarla vida mərasimi keçirilib

Karyerasını bitirən idmançılarla vida mərasimi keçirilib

Aktual

23 Sentyabr 2023, 16:06

Bakıda keçirilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Böyük dəbilqə” turnirində karyerasını bitirən Azərbaycan cüdoçuları ilə vida mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli idmanla vidalaşan Rüstəm Orucov, Orxan Səfərov və Məhəmmədəli Mehdiyevə mükafat və hədiyyələri təqdim edərək ürək sözlərini çatdırıb.

 

Sonra isə cüdoçuların qazandıqları nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?