Modern.az

Ceyhun Bayramov bu gün BMT-nin sessiyasında çıxış edəcək

Ceyhun Bayramov bu gün BMT-nin sessiyasında çıxış edəcək

Aktual

23 Sentyabr 2023, 17:30

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün BMT Baş Assambleyasının (UNGA) 78-ci sessiyasında çıxış edəcək.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, o, bu sessiya çərçivəsində ikinci dəfə BMT kürsüsündən beynəlxalq ictimaiyyətə səslənəcək.

 

C. Bayramov BMT Təhlükəsizlik Şurasının sentyabrın 21-də Qarabağla bağlı keçirilən iclasında çıxış edib

.

Qeyd edək ki, nazir ABŞ-ın Nyu-York şəhərində səfərdədir.

 

Xatırladaq ki, Baş Assambleya 1945-ci ildə yaradılıb və BMT-nin əsas məsləhətçi, siyasət və nümayəndəlik orqanıdır və hazırda BMT-yə üzv olan 193 ölkənin BMT baş Assambkeyasında da təmsil olunur. Assambleyanın əsas iclası hər ilin sentyabr ayların keçirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...