Modern.az

XİN Səudiyyə Ərəbistanı və Albaniyanı təbrik etdi

XİN Səudiyyə Ərəbistanı və Albaniyanı təbrik etdi

Aktual

23 Sentyabr 2023, 17:52

Azərbaycan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanı Milli Günü münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə qurumun “X” hesabında yazılıb.

 

“Milli Gün münasibətilə Səudiyyə Ərəbistanı hökuməti və xalqına ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq! Biz ikitərəfli əməkdaşlığımızın daha da inkişafını səbirsizliklə gözləyirik!”, - XİN-in təbrikində qeyd olunub.

 

Bundan başqa, XİN diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Albaniyaya da təbrik ünvanlayıb.

 

“Dostumuz və tərəfdaşımız Albaniyanı 1993-cü ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının ildönümü münasibətilə ürəkdən təbrik edirik! Qoy dostluğumuz əbədi və sonsuz olsun!”, - təbrikdə bildirilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı