Modern.az

Ukrayna Rusiyanın 70 hərbçisini ZƏRƏRSİZLƏŞDİRDİ

Ukrayna Rusiyanın 70 hərbçisini ZƏRƏRSİZLƏŞDİRDİ

Aktual

24 Sentyabr 2023, 09:13

Ukrayna Silahlı Qüvvələri Tavriya istiqamətində Rusiya ordusunun 70 hərbçisini zərərsizləşdirib.

 

Modern.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, “Tavriya” əməliyyat-strateji qoşun qrupunun komandiri, briqada generalı Aleksandr Tarnavski bildirib ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın 50-dən çox texnika və sursatını da sıradan çıxarıb.

 

Onun sözlərinə görə, gün ərzində düşmən Ukrayna mövqelərinə 17 dəfə hücum edib və 783 atəş açıb, 1 raket və 17 hava zərbəsi endirib. Eyni zamanda, bu istiqamətdə Ukrayna artilleriya bölmələri gün ərzində 1 116 atəş missiyasını yerinə yetirib.

 

Qeyd edək ki, son gün ərzində Rusiya ordusunun 154 hərbçisi yaralanıb. Bundan əlavə, bir hərbçi Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...