“Xristian klubu Azərbaycana qarşı səlib yürüşünə başlayıb. Bu qərəzin müxtəlif səbəbləri var. Azərbaycan antiterror tədbirlərinə başlayan kimi Fransa BMT-nin iclasının çağırdı. Bu, Fransanın ikiüzlü siyasət həyata keçirdiyini bir daha göstərdi”, - bu fikirləri Real Televiziyasının efirində millət vəkili Cavanşir Feyziyev bildirib.
Deputat qeyd edib ki, iclas başlayan anda artıq bizim başlatdığımız antiterror tədbirləri başa çatmışdı.
“Ona görə də bu iclasda antiterror əməliyyatından daha çox ermənilərin guya təzyiqlərə məruz qaldığını qabartdılar. Amma kadrlarda aydın olurdu ki, Azərbaycan polisi mülki ermənilərə humanistlik nümayiş etdirir. Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Cozef Borelin iclasdakı dedikləri isə onu deməyə əsas verir ki, Borel özü erməni lobbisinin təsiri altına düşüb. Bir sözlə bəzi ölkələr Azərbaycana qarşı səlib yürüşünə çıxmışdılar. Ancaq görünən o idi ki, onlar istəklərini həyata keçirə bilmədilər”, – deyə Cavanşir Feyziyev bildirib.