Modern.az

Yevlax sakini 2 kq narkotiklə TUTULDU

Yevlax sakini 2 kq narkotiklə TUTULDU

Aktual

25 Sentyabr 2023, 09:00

Bərdə Rayon Polis Ṣöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən ṣəxs saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarına daxil olmuş məlumat əsasında keçirilən tədbirlərlə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakini Teymur Əkbərov saxlanılıb. Onun əlində olan sellofan torbaya baxış zamanı 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

 

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı