Modern.az

DYP cərimə borcları ilə bağlı müraciət etdi

DYP cərimə borcları ilə bağlı müraciət etdi

Aktual

25 Sentyabr 2023, 10:50

Son zamanlar vətəndaşlara cərimə borcları ilə bağlı endirim kampaniyaları vədi verən saxta səhifələrin reklamı sosial şəbəkələrdə geniş yayılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

 

Məlumatda qeyd edilib ki, onlardan biri də "asancerime.com" səhifəsidir:

 

"Vətəndaşlarımızdan belə səhifələrə etibar etməməyi, şəxsi və bank kartları məlumatlarını bu cür səhifələrlə paylaşmamağı xahiş edirik. Bu cür səhifələrin dövlətimizlə və rəsmi qurumlarla heç bir əlaqəsi yoxdur".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!