Modern.az

Nazirliyin aparat rəhbəri Kürdəmirdə vətəndaşları qəbul edəcək

Nazirliyin aparat rəhbəri Kürdəmirdə vətəndaşları qəbul edəcək

Aktual

25 Sentyabr 2023, 10:54

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli sentyabrın 29-da, saat 10:00-da Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında vətəndaşları qəbul edəcək.

 

Modern.az bu barədə nazirliyə istinadən xəbər verir.

 

Məlumata görə, qəbulda iştirak etmək istəyən şəxslər qurumun “Çağrı Mərkəzi”nə (1652) və DAİM-ə (050-253-34-21) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

 

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır