Modern.az

Evdə qaz balonu partladı - Xəsarət alanlar var

Evdə qaz balonu partladı - Xəsarət alanlar var

Aktual

25 Sentyabr 2023, 15:32

Kürdəmirdə fərdi yaşayış evində partlayış olub.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Çöhranlı kəndində qeydə alınıb. Qaz balonunun partlaması nəticəsində ər və arvad ağır yanıq xəsarətləri alıblar. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti ağırdır. Xəsarət alanların Bakıdakı Yanıq Mərkəzinə göndəriləcəyi bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!