Modern.az

Son 1 həftədə 19 nəfər koronavirusdan ÖLÜB

Son 1 həftədə 19 nəfər koronavirusdan ÖLÜB

Aktual

25 Sentyabr 2023, 17:33

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (18-24 sentyabr) 229 yeni yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 832 809 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 822 263 nəfər müalicə olunaraq sağalıb, 10 321 nəfər vəfat edib, aktiv xəstə sayı 225 nəfərdir.

 

Ölkədə son həftə ərzində 3729, hazırkı dövrədək isə 7 684 217 test aparılıb.

1282296

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı