Almaniyanın Duren şəhərində şəhid Zeynal İsmiyev üçün ehsan verilib.
Modern.az xəbər verir ki, mərasimda Avropanın müxtəlif şəhərlərində yaşayan həmvətənlərimiz və qardaş Türkiyənin vətəndaşları iştirak ediblər.
Şəhidin Almaniyanın Duren şəhərində yaşayan əmilərinin (Tural və Zaur İsmiyev) təşkilatçılığı ilə baş tutan məclisdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və "Köln Əhlibet" məscidinin axundu Hacı Mirbaqir Ağayev və Namiq İsmayılov tərəfindən şəhidin ruhuna Qurani Kərim tilavət olunub və Vətən uğrunda canından keçən cəmi şəhidlərimizə Allahdan rəhmət diləyib, ruhlarına dua oxuyublar. Eyni zamanda ölkəmizin ərazi bütövlüyü uğrunda sağlamlığından keçən qazilərimizə Allahdan şəfa diləyiblər.
Həmçinin Almaniyanın Duren şəhərindən qabaqcadan aidiyyatı qurumlarla razılaşdırılaraq polisin müşayəti ilə "Qarabağ Azərbaycandır! şuarı ilə yuruş keçirilib.



