Qızılağac Milli Parkında Payız-Qış turizm mövsümünə hazırlıq işləri ilə əlaqədar olaraq Milli Parkda bir sıra işlər görülüb.
Modern.az xəbər verir ki, payız-qış mövsümündə köçəri quşların Kiçik Körfəz ərazisinə miqrasiya etməsi və orada məskunlaşması Milli Parka səyahət edən turistlərin diqqət və marağını nəzərə alıb körfəzə quş müşahidəçilərini rahat və maneəsiz qayıq vasitəsiilə görüntüləri üçün 1200-metr uzunluğunda körfəzə çıxış kanalında dərinləşdirmə və geniləşdirmə işləri aparılıb.
Milli Parkda turist marşrutları üzərində olan yollar texnika vasitəsiilə hamarlanmış,turist marşrutlarına uyğun müvafiq lövhələr sifariş edilib.
Milli Parkın Ərazisində mövcud marşrutlarda abadlıq işləri aparılmış plakatlar yenilənmiş və digərləri yaxın zamanda yenilənəcək. Eyni zamanda turistlərin rahat istirahət etmələri üçün bisetkalar rənglənmiş və təmir olunub. Eyni zamanda əlavə olaraq iki çox sərnişinli qayiqların turistlərin istifadəsinə verilməsi planlaşdırılır. Bununla yanaşı turistlərin Böyük Körfəz, Kürdili adasında gəzib,mövcud quşları müşahidə etmələləri üçün Böyük Körfəz marşrutunda yerləşən kanalın dərinləşdirilərək enliləşdirilməsi nəzərdə tutulur. Yeni tədris ilində ali və orta təhsil müəssisələrində bu istiqamətdə təbliğat xarakterli tədbir və görüşlər planlaşdırılır.
Milli Parkda olan piknik ərazilərində mövsümə uyğun şəraitin qurulması işlərinin görülməsi nəzərdə tutulur. Turistlərin çadır və digər ləvazimatlarla təmin edilməsi, soyuq qış günlərində ərazidə olan turistlərin isti yeger evlərində,çay süfrəsində isinməsinə şəraitin yaradılması nəzərdə tutulub. Yaxın zamanda nəzərdə tutulan işlər tamamlanaraq payız-qış turizm mövsümünə start veriləcək.