Modern.az

Qazilər və şəhid ailələrinin problemləri müzakirə olundu

Qazilər və şəhid ailələrinin problemləri müzakirə olundu

Aktual

26 Sentyabr 2023, 12:32

“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyininin qazilər və müharibəsi iştirakçıları ilə bağlı təşkil etdiyi dördüncü - sonuncu tədbir Quba rayonunda keçirilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə baş tutan tədbirdə “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İB-nin sədri, Şəhid anası Tünzalə Abduləlimova, təşkilatın digər üzvləri, o cümlədən qubalı və qusarlı qazilər, Birinci və İkinci Vətən müharibəsi iştirakçıları və şəhid ailələri, Quba rayon İcra Hakimiyyətinin nümayəndəsi və digər şəxslər iştirak ediblər.

Tədbirdə öncə 19-20 sentyabr 2023-cü ildə keçirilmiş antiterror tədbirləri zamanı həlak olan hərbçilərimiz də daxil olmaqla bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Vətən Naminə” təşkilatının sədri Tünzalə Abduləlimova layihənin mahiyyəti, məqsədi barədə məlumat verib.

Bir daha diqqətə çatdırılıb ki, əsas məqsəd Qazilərə, Birinci və İkinci Vətən müharibəsi iştirakçılarına mənəvi dəstək göstərmək, onlara psixoloji durumları ilə bağlı kömək etməkdir.

Bununla yanaşı, Qazilərin, Birinci və İkinci Vətən müharibəsi iştirakçılarının problemləri dinləniıib.

Qazilərdən Volodya Maverdiyev, Tariyel Ağasiyev, İlkin Abuyev, Zaur Oğuz, İlkin Babayev və digərləri çıxışlarında bir sıra məsələlərə toxunublar.

Qazilərin, eləcə də şəhid ailələrinin üzləşdiyi bır sıra problemlərdən, onların diqqət və qayğı ilə əhatələnməsinin zəruriliyindən bəhs edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı