Modern.az

Qarabağdan köçən bütün ermənilərə bu sənədi imzalatmaq lazımdır! - TƏKLİF

Qarabağdan köçən bütün ermənilərə bu sənədi imzalatmaq lazımdır! - TƏKLİF

Aktual

26 Sentyabr 2023, 13:57

Azərbaycan dövləti Qarabağdan köçüb gedən bütün ermənilərə “Bizə Azərbaycan tərəfindən heç bir təzyiq yoxdur, özümüz gedirik" şəklində bir sənəd imzalatmalıdır.
 

Modern.az xəbər verir ki, bunu siyasi şərhçi Nazim Cəfərsoy bildirib.


“Peşəkar hüquqcularımız bunun ən uygun formasını taparlar. Bununla yanaşı, sərhəd-buraxılış məntəqəsində gedənlərin hamısından niyə getdiyi soruşulmalı və videoqeydiyyat aparılmalıdır. Bu çox vacibdir. Çünki gedənlər sabah bizi "etnik təmizləmə" iddiası ilə məhkəməyə verəcəklər, təbliğat kampaniyasında aktiv rol alacaqlar və s. Dövlət olaraq yeni problemlərlə üzləşməmək üçün bunları mütləq etməliyik. Bu videolar və sənədlər məhkəmə prosesi və kampaniyaları təsirsiz hala gətirmək üçün şərtdir!”.


N.Cəfərsoy Azərbaycanın mediasının nümayəndələrindən bir xahiş də edib:
 

“Laçın sərhəd-buraxılış məntəqəsində mülki ermənilərdən müsahibə alan jurnalistlər mümkün qədər onlardan Qarabağdan ordan niyə çıxdığını ətraflı soruşsunlar. Bu cür nümunə var, amma azdır. Çalışıb hamısından soruşmaq lazımdır. Ölkədə onlara media var, 100 jurnalist gündə 10 nəfərdən soruşsa, məsələ həll olunar. Videolari isə saxlamaq lazımdır, əmin olun ki, hamısı bizə lazım olacaq!”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı