Modern.az

Azərbaycan polisi ermənilərə su paylayır - Hikmət Hacıyev

Azərbaycan polisi ermənilərə su paylayır - Hikmət Hacıyev

Aktual

26 Sentyabr 2023, 14:16

“Azərbaycan polisi Rusiya sülhməramlıları ilə birlikdə yolda olan erməni mülki şəxslərə su paylayır”.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.

 

"Azərbaycan polisi Rusiya sülhməramlıları ilə birlikdə yolda olan erməni mülki şəxslərə su paylayır və onlardan başqa nəsə lazım olub-olmadığını soruşur. Ünsiyyət rus, hətta Azərbaycan dilində aparılır", - o qeyd edib.

 

H.Hacıyev vurğulayıb ki, vaxtilə azərbaycanlılarla birgə yaşayan bir çox ermənilər Azərbaycan dilini xatırlayırlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ŞOK GÖRÜNTÜLƏR! Aclıq başladı, insanlar ərzaq növbəsində