"Ötən ildən Qırğızıstanda Azərbaycan arasında əlaqələr yenilənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”.
Modern.az xəbər verir ki, bunu “Heydər Əliyev və Türk dünyası” adlı Panel iclasında Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev deyib.
“Bütün bu işlər Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti olmasa, mümkünsüz olardı”, - o qeyd edib.
Səfir eyni zamanda iki ölkə arasında münasibətlərdə Heydər Əliyevin rolunu da vurğulayıb:
"Azərbaycan və Qırğızıstan arasında münasibətlərin yüksəlməsində Heydər Əliyevin müstəsna rolu var. Buna böyük əhəmiyyət veririk. Heydər Əliyevin yubileyi səbəbilə Qırğızıstanda bir sıra tədbirlər, konfranslar, milli və diasporlararası konsert proqramları, sərgilər təşkil edilib”.