Modern.az

Tələbələr Gəncə terroru qurbanlarını anıblar - FOTOLAR

Tələbələr Gəncə terroru qurbanlarını anıblar - FOTOLAR

Aktual

27 Sentyabr 2023, 09:36

Gəncə Dövlət Universitetinin Filologiya və Xarici dillər fakültəsinin bir qrup müəllimi və tələbələri 44 günlük Vətən Müharibəsi dövründə Ermənistan tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində Ə.Rəfibəyli küçəsi, “Qələbə” parkının yaxınlığında dağılan ərazini ziyarət ediblər və terror zamanı həyatını itirən dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış evlərin ətrafına gül düzüblər.

 

Modern.az xəbər verir ki, ziyarət zamanı universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva Vətən müharibəsi zamanı Ermənistan silahli qüvvələri tərəfindən günahsız mülki insanlara qarşı həyata keçirilmiş hərbi cinayətlər barədə gənclərə ətraflı məlumat verib. Bir daha xatırladılıb ki, 2020-ci il oktyarın 11-də, gecə saatlarında Gəncə şəhəri 4-cü dəfə düşmənin raket hücümuna məruz qalıb. Nəticədə Ə.Rəfibəyli küçəsində yaşayan 10 dinc sakin hadisə qurbanı olmuş, 34 nəfər isə yaralanıb. Ümumilikdə isə  Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə 5 dəfə raket və ağır artilleriya ilə hücum edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı