Modern.az

Füzulidə anım tədbiri keçirilib - FOTOLAR

Füzulidə anım tədbiri keçirilib - FOTOLAR

Aktual

27 Sentyabr 2023, 12:04

Füzuli rayonunda 27 sentyabr – Anım Gününə həsr edilmiş tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Horadiz şəhərində yerləşən “Qəhrəmanlar Parkı”nda keçirilən tədbirdə rayon rəsmiləri, ziyalılar, şəhid ailələri, qazilər, veteranlar, hərbiçilər, idarə, müəssisə, təşkilat rəhbərləri, İctimai Birliklər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbir başlamazdan əvvəl vətən uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və şəhidlərin ruhuna dualar oxundu. Daha sonra şəhidlərin şəkillərindən ibarət lövhələrin və abidə kompleksinin qarşısına tər çiçəklər düzülərək, onların əziz xatirələrinə dərin ehtiram ifadə olunub.

 

Saat 12:00-da rayon ərazisində bir dəqiqəlik sükutla şəhidlərin əziz xatirəsi anılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı