Modern.az

Binəli Yıldırım Azərbaycan xalqına başsağlığı verdi

Binəli Yıldırım Azərbaycan xalqına başsağlığı verdi

Aktual

27 Sentyabr 2023, 13:30

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini, sabiq baş nazir Binəli Yıldırım 27 Sentyabr - Anım Günü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

 

Modern.az xəbər verir ki, o, bu barədə “X”də yazıb.

 

“Bu gün Qarabağ və işğal altındakı Azərbaycan torpaqlarının azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsinin başladığı gündür. Bu şanlı mübarizənin ildönümü - Anım Günündə bütün şəhidlərimizi rəhmətlə anıram”, - paylaşımda bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı