Modern.az

Goranboyda Şəhidlər Xatirə-Abidə Kompleksi ziyarət olunub

Goranboyda Şəhidlər Xatirə-Abidə Kompleksi ziyarət olunub

Aktual

27 Sentyabr 2023, 15:30

Erməni hərbi  birləşmələrinin Vətənimizə  qarşı, 27 sentyabr 2020-ci il tarixdən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri və rəhbərliyi altında, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Şanlı Vətən Müharibəsinə başlanmasından 3 il ötür. Bununla bağlı, Goranboy şəhəri  Şəhidlər Xatirə-Abidə Kompleksi önündə tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə, rayon İcra Hakimiyyətinin  başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Ağalar Vəliyev, rayonun digər rəhbər şəxsləri, Şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbir iştirakçıları öncə, torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin xatirəsinə inşa edilmiş Xatirə-Abidə  Kompleksini ziyarət etdi, Şəhidlərimizin əziz xatirələri ehtiramla anıldı, ruhlarına dualar oxunub.

 

Tədbirdə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Qarabağın azadlığı uğrunda, Rəşadətli  Azərbaycan Ordusunun  dünya hərb tarixinə qızıl hərflərlə yazdırdığı 44 günlük Şanlı Vətən müharibəsi və 19 sentyabr 2023- cü il tarixində Şanlı Ordumuzun qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirdiyi lokal antiterror əməliyyatları barədə danışan  İcra Başçısı, artıq ərazi bütövlüyümüzün tam təmin olunduğunu diqqətə çatdırıb.

 

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...