Son günlər baş verən hadisələrin Ermənistan hakimiyyəti daxilində ciddi problemlərə səbəb olduğu bildirilir.
Modern.az xəbər verir ki, “Past” qəzetinin Xarici İşlər Nazirliyindəki mənbəsi bildirib ki, Ermənistanın müxtəlif ölkələrdə akkreditə olunmuş 10-dan çox konsulu istefa ərizəsi ilə müraciət edib. Onlar belə biabırçı şəraitdə Ermənistan hakimiyyəti ilə işləmək fikrində olmadıqlarını bildirib. Eyni mənbənin məlumatına görə, son bir həftə ərzində erməni diasporunun nümayəndələri Ermənistan Respublikasının müxtəlif ölkələrdəki səfirləri və konsulları ilə çox sərt söhbətlər apararaq, rəsmi İrəvanın siyasətini kəskin tənqid ediblər.
XİN-dəki mənbənin sözlərinə görə, bir neçə səfir də istefa vermək istəyib, lakin onlarla ayrı-ayrılıqda söhbətlər aparılıb, onları heç olmasa indiki mərhələdə öz vəzifələrində qalmağa inandırmağa çalışıblar.