Modern.az

Tibbi xidmətlərin sayı 3 315-ə çatdı

Tibbi xidmətlərin sayı 3 315-ə çatdı

Aktual

28 Sentyabr 2023, 11:24

"Bu gün Azərbaycanda 10 milyon əhalinin hər biri sığortalanıb. Hazırda Xidmətlər Zərfində yer alan tibbi xidmətlərin sayı 3 315-ə çatıb. Bu da o deməkdir ki, son neçə ildə zərf 3 dəfədən artıq yenilənib".

 

Modrn.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev yenilənmiş Xidmətlər Zərfinin təqdimat mərasimində çıxışı zamanı deyib.

 

O bildirib ki, tibbi xidmətlərə əlçatanlıq hər zaman əsas məqsəddir: "Bu gün agentlik 111-dən çox özəl tibb müəssisəsi ilə müqavilə imzalayıb".

 

Z.Əliyev söyləyib ki, agentlik bu günə qədər 300-dən çox təcili tibbi yardım avtomobili alıb: "Proses davam edəcək".

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!