Modern.az

Araik və Cəlal Arutyunyan beynəlxalq axtarışa verilib

Araik və Cəlal Arutyunyan beynəlxalq axtarışa verilib

Aktual

1 Oktyabr 2023, 11:11

“Araik Arutyunyan, Cəlal Arutyunyan beynəlxalq axtarışa verilib”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, Vətən müharibəsi zamanı Gəncənin dinc əhalisinin raket zərbələri ilə atəşə tutulması və mülki əhalinin qətlə yetirilməsi ilə bağlı həmin dövrdə David Babayan, Araik Arutyunyan, Cəlal Arutyunyan beynəlxalq axtarışa verilib: “Onlardan biri artıq həbsədədir və barəsində istintaq gedir. Yaxın zamanlarda Azərbaycan ictimaiyyəti bunlar və digərləri barədə ətraflı məlumat alacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı