Modern.az

Malidə üsyançılar ordunun bazasını ələ keçirdilər

Malidə üsyançılar ordunun bazasını ələ keçirdilər

Aktual

1 Oktyabr 2023, 18:48

Malidə tuareq üsyançı qüvvələri ölkənin şərqindəki hərbi bazasını ələ keçirib.

 

"Modern.az"ın məlumatına görə, bu barədə "Reuters" üsyançıların nümayəndəsi Məhəmməd Elmauloud Ramadana istinadən məlumat yayıb.

 

Hərbi baza Qao şəhəri yaxınlığındakı Bamba rayonunda yerləşir.

 

Mali Müdafiə Nazirliyi Bamba rayonunda üsyançılarla gərgin döyüşlərin getdiyini bildirib.

 

Xatırladaq ki, “Tuareq” qiyamçı qruplaşması 2012-ci ildən ölkənin şimalında nəzarəti öz əlində saxlayır. 2015-ci ildə hökumətlə qiyamçılar arasında sülh müqaviləsi imzalanıb, lakin həmin vaxtdan silahlılar Burkina-Faso və Niger sərhədində daha da fəallaşıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!