Modern.az

“Azəriqaz” Salyanda sahibkarlarla görüşəcək

“Azəriqaz” Salyanda sahibkarlarla görüşəcək

Aktual

2 Oktyabr 2023, 11:20

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi sahibkarlarla növbəti görüşü Salyan rayonunda keçirəcək.

 

Modern.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, İstehsalat Birliyinin İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Salyanda görüşü təşkil olunacaq.

 

Aksiya Təzəkənd ərazisində qaz paylayıcı stansiyasının (QPS) qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” oktyabrın 3-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı