Modern.az

Belarusda siyasi partiyalar ləğv edildi

Belarusda siyasi partiyalar ləğv edildi

Aktual

2 Oktyabr 2023, 12:18

Belarusda 15 siyasi partiyadan yalnız 4-ü yenidən qeydiyyat prosedurundan keçə bilib, qalanları isə ləğv edilib.

 

Modern.az xəbər verir ki,  bu barədə Rusiya mətbuatı məlumat yayıb.

 

Qeyd olunur ki, indi Belarus Kommunist Partiyası, Belarus Liberal Demokrat Partiyası, Respublika Əmək və Ədalət Partiyası, həmçinin Ağ Rusiya Partiyası respublikada öz işini rəsmən davam etdirəcək.

 

Daha əvvəl Belarus Ədliyyə Nazirliyinin rəhbəri Sergey Xomenko bildirib ki, hazırda yalnız “Ağ Rusiya” partiyası Belarus qanunvericiliyinə əməl edir, digər siyasi təşkilatlar yenidən qeydiyyat üçün sənədlər təqdim etməyiblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!