Modern.az

Həkəri çayı üzərində tikilən dəmir yolu körpüsünün tikintisi YEKUNLAŞIR

Həkəri çayı üzərində tikilən dəmir yolu körpüsünün tikintisi YEKUNLAŞIR

Aktual

3 Oktyabr 2023, 16:54

Həkəri çayı üzərində tikilən dəmir yolu körpüsündə işlər yekunlaşmaq üzrədir.

 

Bu barədə Modern.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verib.

 

Məlumata görə, körpünün uzunluğu 418 metr, eni isə 6,5 metr olacaq.



Qeyd edək ki, Bu körpü Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası çəçivəsində görülən işlərin tərkib hissəsidir.
 

Dəmir yolu xətti tək xətlidir və ox üzrə uzunluğu 110,4 kilometrdir. Xətt boyunca 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) fəaliyyət göstərəcək. Layihə çərçivəsində, həmçinin 456 süni mühəndis qurğusu, 70 yoldəyişən, 110,4 kilometr uzunluğunda rabitə və işarəvermə xətti istismara veriləcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı