Modern.az

Elə bil, böyük qardaşımı itirmişəm - Rövnəq Abdullayev

Elə bil, böyük qardaşımı itirmişəm - Rövnəq Abdullayev

Aktual

4 Oktyabr 2023, 12:52

"Xoşbəxt Yusifzadənin vəfatı ilə elə bil böyük qardaşımı itirmişəm".

 

Modern.az xəbər verir ki, bunu mərhumla keçirilən vida mərasimində jurnalistlərə açıqlama verən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) keçmiş prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev deyib.

 

O bildirib ki, Xoşbəxt Yusifzadə çox optimist insan idi: "O, işləri və göstərişləri yerinə yetirməyi ilə bütün gənclərə örnək idi. Ona hər zaman deyirdim ki, "Sən cavanlardan daha çox operativsən". Çox gözəl insan idi. Allah ona qəni-qəni rəhmət etsin. O, bütün neftçilərin ürəyində iz qoyub getdi. Nə qədər ki, neft və neft şirkəti var, Xoşbəxt müəllim həmişə yaddaşlarda qalacaq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı