Modern.az

Samvel Şahramanyan Qarabağdan Ermənistana getdi

Samvel Şahramanyan Qarabağdan Ermənistana getdi

Aktual

4 Oktyabr 2023, 14:52

Özünü buraxdığını elan edən qondarma “Artsax”ın sonuncu başçısı Samvel Şahramanyanın artıq Ermənistanda olduğu bildirilir.

Modern.az-ın məlumatına görə, xəbəri Ermənistan KİV-ləri yayıb.

Bildirlib ki, Samvel Şahramanyanın Azərbaycan ərazisini tərk edərək Ermənistana keçə bildiyini qondarma “Artsaxın deputatı” olmuş Davit Qalstyan təsdiqləyib.

Xatırladaq ki, bu səhər Samvel Şahramanyanın da Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı barədə məlumat yayılmışdı. Amma sonradan xəbər təsdiqni tapmadı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı