Modern.az

"Xəzri-2023" birgə taktiki təlimi davam edir - VİDEO

Aktual

4 Oktyabr 2023, 16:04
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə keçirilən "Xəzri-2023" birgə taktiki təlimi davam edir.
 
Modern.az xəbər verir ki, plana uyğun olaraq hərbi gəmilərin təlim rayonlarında digər qoşun növləri ilə qarşılıqlı əlaqədə bir sıra tapşırıqları məşq etdirilib.
 
"Xəzri-2023" birgə taktiki təlimində hər iki ölkənin hərbi dənizçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər.
 
Qeyd edək ki, oktyabrın 8-dək davam edəcək təlimdə İran İslam Respublikasının HDQ-nin nümayəndə heyəti müşahidəçi qismində iştirak edir.
 
 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı