Modern.az

Bakıda təkərlə “ölüm oyunu” oynayanlar saxlanıldı - FOTOLAR

Bakıda təkərlə “ölüm oyunu” oynayanlar saxlanıldı - FOTOLAR

Aktual

5 Oktyabr 2023, 08:52

Sosial şəbəkələrdə “ölüm oyunu” adı ilə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində təpəlikdən kənar dairəvi yola təkər atılmasını əks etdirən görüntülər araşdırılıb.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən hərəkət iştirakçılarının həyatına və əmlakına real təhlükə yaradan şəxslər müəyyən ediliblər. Həmin əməli törədən şəxslər – 2006-cı il təvəllüdlü Həsənov Sədrəddin və 2007-ci il təvəllüdlü Hüseynli Pünhan saxlanılaraq polis orqanına gətiriliblər.

 

Faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq ictimai təhlükəli əmələ hüquqi qiymət veriləcəkdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...