Modern.az

Bakının iki rayonunda qaz olmayacaq

Bakının iki rayonunda qaz olmayacaq

Aktual

10 Oktyabr 2023, 09:16

Bu gün Binəqədi və Suraxanı rayonlarının bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Bu barədə Modern.az-a "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, bu gün saat 09:30-dan “Xırdalan” QPS-də yeni quraşdırılmış kollektorun birləşməsi işləri, “Hövsan” QTM-də baypas xəttin quraşdırılması ilə əlaqədar “BMSK” ölçü qovşağından və “Bahar” QPM-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri aparılan müddətdə Binəqədi rayonunun Vulkan, 1 May yaşayış massivlərinin, Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsinin və Suraxanı rayonunun Hövsan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...