Modern.az

2 nəfər bağlı qapı arxasında qaldı - Köməyə FHN gəldi

2 nəfər bağlı qapı arxasında qaldı - Köməyə FHN gəldi

Aktual

11 Oktyabr 2023, 09:38

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Modern.az FHN-nin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşlara müvafiq köməklik göstərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı