Modern.az

İlham Əliyev Putinlə görüşəcək - Bişkekdə

İlham Əliyev Putinlə görüşəcək - Bişkekdə

Aktual

11 Oktyabr 2023, 19:14

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Qırğızıstanda MDB sammiti çərçivəsində görüş keçirməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Putin Rusiya energetika həftəsinin plenar iclasında bildirib.

 

“Mən Qırğızıstanda MDB sammiti çərçivəsində Prezident Əliyevlə görüşəcəyəm”, - Rusiya lideri qeyd edib.

 

Qeyd edək ki, oktyabrın 13-də Bişkek şəhərində MDB liderlərinin görüşü keçiriləcək. Ermənistan baş naziri Nikol Paşinyan görüşə qatılmaqdan imtina edib.

 

Liderlərin geniş gündəliyi, o cümlədən ticarət-iqtisadi sahədə əməkdaşlığı müzakirə edəcəyi gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!