Modern.az

Bakıda liftdə qalan 3 nəfər xilas edildi

Bakıda liftdə qalan 3 nəfər xilas edildi

Aktual

7 Noyabr 2023, 11:38

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri və Abşeron rayonunda iki halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

 

Modern.az FHN-nin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-i uşaq olmaqla 3 nəfərə müvafiq köməklik göstərilib.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!