Modern.az

Ağdamda əkin sahəsində qəbir aşkarlandı

Ağdamda əkin sahəsində qəbir aşkarlandı

Aktual

14 Noyabr 2023, 15:26

Ağdamda əkin sahəsində qəbir aşkarlanıb.

 

Modern.az xəbər verir ki, rayonun Mirəşəlli kəndində kənd sakini Ceyhun Kərimovun əkin sahəsində traktorla şumlama işləri aparılarkən ərazidən böyük daş parçası çıxıb və əkin sahəsində məzara olduğu məlum olunub.

 

Ağdam rayonu icra başçısının Əhmədağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm Əliyev bildirib ki, əraziyə hüquq mühavizə orqanları baxış keçirib.

 

Ehtimal olunur ki, aşkar olunan qəbir eramızdan əvvələ aid uzunluğu 1.90 metr eni 0.60 metr olan antiq qəbirdir.

Whatsapp
Bizə yazın!
Keçid et
İranla Türkiyədən Bakıya eyni anda hücum - ŞOK XƏBƏRDARLIQ!