Modern.az

Rəşad Nəbiyev TDT-nin baş katibi ilə müzakirələr apardı

Rəşad Nəbiyev TDT-nin baş katibi ilə müzakirələr apardı

Aktual

17 Noyabr 2023, 19:14

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omurəliyev ilə danışıqlar aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilib.

 

Görüş noyabrın 16-da Türk Dövlətləri Təşkilatının (TDT) nəqliyyat nazirlərinin 7-ci iclası çərçivəsində baş tutub.

 

Tərəflər TDT-yə üzv ölkələrin nəqliyyat sektorunda infrastrukturun təkmilləşdirilməsi və rəqəmsal texnologiyaların inkişafına diqqət yetirməklə regional nəqliyyat əlaqələrinin gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?