Modern.az

İraqın şimalındakı ABŞ bazasına HÜCUM

İraqın şimalındakı ABŞ bazasına HÜCUM

Aktual

19 Noyabr 2023, 11:10

Şiə İraq İslami Müqavimət Hərəkatının döyüşçüləri İraqın şimalında Amerika və beynəlxalq qüvvələrin yerləşdiyi Əl-Hərir aviabazasına pilotsuz uçan aparatla zərbə endiriblər.

 

Modern.az xəbər verir ki, bu barədə hərəkatın teleqram kanalında dərc olunan mesajda deyilir.

 

Təşkilat Amerika bazasına zərbə endirməsini “düşmənin Qəzza zolağındakı cinayətlərinə cavab” kimi izah edib.

 

İraqın İslami Müqaviməti tərəfdarlarının fikrincə, PUA nəzərdə tutulan hədəfi vurub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?