Modern.az

Amerikalı professordan USAID-in direktoruna şillə kimi CAVAB

Amerikalı professordan USAID-in direktoruna şillə kimi CAVAB

Aktual

22 Noyabr 2023, 13:16

“Naval postgraduate school”un (ABŞ) professoru və Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer USAID-in direktoru Samanta Pauerə Qarabağı tərk edən digər sakinlərə, daha doğrusu, öz vətənlərinə qayıtmaqdan məmnunluq duyan erməni hərbçilərə diqqət yetirməyi tövsiyə edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.

 

“Siz Qarabağda yaşamış Ermənistandan olan 12 min hərbçi və onların ailə üzvləri (daha 20 min) ilə də danışdınızmı? Onlar, yəqin ki, evlərinə qayıtmağa şad olublar”, - deyə B.Şaffer USAID-in direktorunun Azərbaycanın Qarabağ regionunu könüllü tərk etmiş ermənilərlə görüşünü şərh edərkən vurğulayıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?