Modern.az

Ticarət mərkəzindəki mağazadan oğurluq

Ticarət mərkəzindəki mağazadan oğurluq

Aktual

24 Noyabr 2023, 09:30

Nərimanov rayonu ərazisində yerləşən ticarət mərkəzində mağazaların birindən 2900 manat dəyərində 4 ədəd gödəkcənin oğurlanması barədə polisə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən xəbərə görə, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini İsmayıl Əliyev müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...