Modern.az

Putin Zyuqanovdan seçkilərlə bağlı məsləhət İSTƏYİB

Putin Zyuqanovdan seçkilərlə bağlı məsləhət İSTƏYİB

Aktual

13 Dekabr 2023, 10:12

Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Zyuqanov bir vaxtlar Rusiya prezidenti Vladimir Putinə seçkilərlə bağlı necə məsləhət verdiyini söyləyib.

Modern.az xəbər verir ki, Zyuqanovun sözlərinə görə, Putinlə şəhərətrafı bağ evində keçirdiyi görüş demək olar ki, bütöv bir gün davam edib.

“Putin seçkilər olanda bizim yanımıza gəldi. Məndən məsləhət istədi, mənim də buna təcrübəm çatırdı, çünki Kosıgin və Brejnev dövründən seçki sahəsində işləmişəm”, - Zyuqanov deyib.

Siyasətçi hansı ildə hansı seçkilərdən danışdığını açıqlamayıb, lakin qeyd edib ki, o, demək olar ki, bütün günü bağ evində Putinin suallarını cavablandırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?