Modern.az

Yolun kənarından "Kalaşnikov" tapıldı

Yolun kənarından "Kalaşnikov" tapıldı

Aktual

22 Dekabr 2023, 18:50

Ələt-Astara yolunun kənarından "Kalaşnikov" avtomatı aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "AK-74" markalı avtomat aşkarlanaraq götürülüb.

 

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində isə rayon sakinlərindən könüllü olaraq təqdim edilən 9 ədəd müvafiq sənədləri olmayan ov silahı təhvil götürülüb.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər