Modern.az

Bakıda dəm qazı normadan yüksəkdir 

Bakıda dəm qazı normadan yüksəkdir 

Aktual

25 Dekabr 2023, 18:31

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən gün ərzində çirkləndirici qaz qarışıqlarından dəm qazının miqdarı Bakı şəhəri üzrə 1,2 dəfə normadan yüksək müəyyən edilib.

 

Dəm qazının miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərlə əlaqədardır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər