Modern.az

Ağac kəsənlər cəzalandırıldı 

Ağac kəsənlər cəzalandırıldı 

Aktual

5 Yanvar 2024, 09:37

İmişli rayonun Məmmədli kəndi ərazisində qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən Əliyetməzli kənd sakini Ə.Mehdiyev saxlanılıb.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

 

Polis kəsilmiş ağacları maddi sübut kimi götürüb.

 

Təbiətə ziyan vuran Ə.Mehdiyev barəsində protokol tərtib olunub və o, qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər