Modern.az

Azad edilmiş ərazilərdə seçki ilə bağlı işlər tamamlandı

Azad edilmiş ərazilərdə seçki ilə bağlı işlər tamamlandı

Aktual

8 Yanvar 2024, 11:08

Azad edilmiş ərazilərdə artıq seçki məntəqələri qurulub. 

 

Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihəsi çərçivəsində seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda müşavirədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. 

 

“Artıq orada işlər demək olar ki, tamamlanıb. Orada görülən işlər digər bölgələrdəki seçki məntəqələrinə də nümunə ola bilər. Proseslə bağlı da işləri siz oradan işıqlandıra bilərsiniz”, - o qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?